...

"Real Madrid"-dən böyük hesablı qələbə (VİDEO)

İdman Materials 20 Noyabr 2016 01:35 (UTC +04:00)
İspaniya La Liqasında XII tura start verilib
"Real Madrid"-dən böyük hesablı qələbə (VİDEO)

Bakı. Trend:

İspaniya La Liqasında XII tura start verilib.

Trend-in məlumatına görə, turun mərkəzi görüşündə "Atletico Madrid" doğma meydanında "Real Madridi" qəbul edib.

Oyuna qonaqlar fəal başlayıblar. Oyunun 23-cü dəqiqəsində "Real Madrid" klubunun oyunçusu Kriştianu Ronaldu cərimə zərbəsindən hesabı açıb - 0:1. İlk hissə 0:1 hesabı ilə başa çatıb.

İkinci hissəyədə qonaqlar fəal başlayaraq, 71-ci dəqiqədə penalti qazanıblar. Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı 0:2 edib.

Cəmi 6 dəqiqə sonra Qaret Beylın otürməsindən sonra Kriştianu Ronaldu komandasının və özünün 3-cü qolunu vuraraq hesabı 0:3-ə çatdırıb.

Beləliklə, oyun 0:3 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti