...

“Yaşıl Veloyürüş" keçiriləcək

İdman Materials 7 Dekabr 2016 18:03 (UTC +04:00)
“ASAN school” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Velosiped Federasiyası və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl Veloyürüş" təşkil olunacaq.
“Yaşıl Veloyürüş" keçiriləcək

Bakı. Trend:

“ASAN school” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Velosiped Federasiyası və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl Veloyürüş" təşkil olunacaq.

Trend-in məlumatına görə, “Yaşıl Veloyürüş”ün əsas məqsədi ekologiyanın qorunması, gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasıdır.

11 Dekabr saat 11:00-da keçirilməsi planlaşdırılan veloyürüşə öz velosipedləri ilə hər kəs qoşula bilər.

Veloyürüşün davamlılığını təmin etmək üçün, növbəti aylarda Azərbaycanın digər regionlarında da keçirilməsi planlaşdırılır. Bütünlükdə veloyürüşə 100-dən çox gənc qatılacaq.

Qeydiyyat üçün son tarix, 8 dekabrdadır.

Qeydiyyat linki: goo.gl/dhkGQy

Velo marşrut : https://goo.gl/xYMvuW

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti