...

"Fənərbağça" və "Beşiktaş"ın rəqibləri məlum oldu

İdman Materials 12 Dekabr 2016 16:29 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.
"Fənərbağça" və "Beşiktaş"ın rəqibləri məlum oldu

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, qaydalara əsasən eyni qrupdan çıxan komandalar, həmçinin eyni ölkə təmsilçiləri bu mərhələdə bir-birinə rəqib ola bilməz.

Püşkün nəticələri:

"Atletik" - APOEL
"Legiya" - "Ayaks"
"Anderlext" - "Zenit"
"Astra" - "Genk"
"Mançester Yunayted" - "Sent-Etyen"
"Vilyareal" - "Roma"
"Ludoqorets" - "Kopenhagen"
"Selta" - "Şaxtyor"
"Olimpiakos" - "Osmanlıspor"
"Gent" - "Tottenhem"
"Rostov" - "Sparta"
"Krasnodar" - "Fənərbağça"
"Borussiya M." - "Fiorentina"
"AZ Alkmaar" - "Lion"
"Hapoel" - "Beşiktaş"
"PAOK" - "Şalke"

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə fevralın 23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti