...

Son İngiltərə çempionu ardıcıl 5-ci oyunda uduzdu

İdman Materials 13 Fevral 2017 02:09 (UTC +04:00)
2015-2016-ci il İngiltərə Premyer Liqasının sensasion qalibi olan Lester City futbol klubu İngiltərə çempionatında keçirdiyi son 5 oyunda meydanı məğlubiyyətlə tərk edib
Son İngiltərə çempionu ardıcıl 5-ci oyunda uduzdu

Bakı. Trend:

2015-2016-ci il İngiltərə Premyer Liqasının sensasion qalibi olan Lester City futbol klubu İngiltərə çempionatında keçirdiyi son 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.

Trend xəbər verir ki, bazar günü keçirilən qarşılaşmada Suonsi klubuna 0:2 hesab ilə məğlub olan Klaudio Ranyerinin yetirmələri, artıq beş oyundur ki çempionatda xal qazana bilmir.

Son məğlubiyyətdən sonra "tülkülər" 21 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lester komandası ötən mövsümdə 81 xal toplayaraq, tarixində ilk dəfə İngiltərə çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti