Bakı. Trend:
"PSJ" "Monakonun" forvardı Kilian Mbappe uğrunda mübarizəyə başlamağa hazırdır.
Trend-in məlumatına görə, oyunçunun "Real Madrid"ə keçəcəyi deyilirdi, lakin Paris klubu hücumçu uğrunda mübarizəyə qoşulmağa hazırdır.
"PSJ"nin prezidenti Nasser Əl-Helayfi transferin danışıqlarını şəxsən aparmaq niyyətindədir. Parislilərin ilk təklifi 80-90 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Monako" Mbappeni 100 milyon avroya İngiltərə klublarının birinə satmaqdan imtina edib.