...

"Olympic Moves" atletləri və müəllimləri "Bakı Marafonu 2017"yə qoşulacaq

İdman Materials 28 Aprel 2017 14:12 (UTC +04:00)
"Olympic Moves" atletləri və müəllimləri "Bakı Marafonu 2017"yə qoşulacaqlar.

Bakı. Trend:

"Olympic Moves" atletləri və müəllimləri "Bakı Marafonu 2017"yə qoşulacaqlar.

Aprel ayının 30-da Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə “Bakı Marafonu - 2017” təşkil olunacaq. Marafon idmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilir. Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək marafona “Olympic Moves” proqramının 12 nəfərlik atletlər və müəllimlərdən ibarət heyəti qoşulacaq.

Heyət üzvləri - Əsədov Namiq, Abdullayev Şahin, Vəliyeva Lamiyə, Əhmədov Kamran, Vəliyev İsa, Hacıyev Natiq, Heydərli Rasim, Salamova Ayşən, Əliyeva Aydan, Heydərli Rəsul, Əbdülrəhmanov Riyad, Fəttahov Tahir marafonda iştirak edəcəklər.

“Olympic Moves” proqramı Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilir. Lahiyənin proqramına 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman üzrə yarışlar daxildir.

Qeyd edək ki,"Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti