...

Ağırçəkili güləşçimiz bürünc medala sahib oldu

İdman Materials 18 May 2017 20:12 (UTC +04:00)
Azərbaycanın ağır çəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.
Ağırçəkili güləşçimiz bürünc medala sahib oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın ağırçəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, idmançımız Suriya təmsilçisi Alkrad Raja ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı rəqibinə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti