Bakı. Trend:
Türkiyə futbolçusu Arda Turanın gələn mövsümdən "Barselona"nın formasını geyinməyəcəyi iddia olunur.
Trend-in məlumatına görə, "Barselona"nın yeni baş məşqçisi Ernesto Valverdenin heyətdə görmək istəmədiyi oyunçuların siyahısında A.Turanın da adı var.
"El Mundo Deportivo" qəzeti isə türk futbolçunun "Qalatasaray"a qayıda biləcəyini yazır.