...

Azərbaycanda 5 yaşlı uşaqdan yeni rekord

İdman Materials 12 İyun 2017 09:39 (UTC +04:00)
Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.
Azərbaycanda 5 yaşlı uşaqdan yeni rekord

Bakı. Trend:

Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.

P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.

“Ağ Top” Şahmat Klubunun yetirməsi olan P.Əlizadə diplom və mükafatla təltif edilib.

Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti