...

Formula 1 Azərbaycan Qran Prisində 2 pilot cərimələnib

İdman Materials 24 İyun 2017 17:46 (UTC +04:00)
“Mclaren-Honda” pilotu Fernando Alonsoya tətbiq edilən mövqe cəzası 40 start mövqeyinədək çatıb
Formula 1 Azərbaycan Qran Prisində 2 pilot cərimələnib

Bakı. Ənvər Məmmədov - Trend:

“Mclaren-Honda” pilotu Fernando Alonsoya tətbiq edilən mövqe cəzası 40 start mövqeyinədək çatıb.

Trend-in məlumatına görə, ötən gün F.Alonsonun bolidində yeni növ mühərrikdən istifadə olunub.

Bu mövsüm ərzində də “McLaren” bolidlərində yeni mühərriklər və generatorlar istifadə olunduğu üçün pilotun 15 mövqelik cəzası var idi.

Bundan başqa, F.Alonsonun belçikalı komanda yoldaşı Stoffel Vandorn da 30 mövqe cərimələnib.

Beləliklə, hər iki “Mclaren-Honda” sabahkı yarışa sıralama turunun nəticələrindən asılı olmayaraq sonuncu sıralardan başlayacaq.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayıb, yekunda pilotların düzülüşü müəyyənləşib. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti