Bakı. Trend:
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Zİrə" klubu səfərdə Ruminiyanın "Astra" komandası ilə qarşılaşıb.
Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə yekulaşıb.
Oyunun 31-ci dəqiqəsində Alexandru Ionitanın qolu ilə "Astra" irəli çıxıb. 31-ci dəqiqədə Rəşad Sadiqov hesabda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.
Ruminiya komandasının oyunçusu Alexandru Dandea 55-ci dəqiqədə hesabı 2:1, Entoni Le Tallek isə 74-cü dəqiqədə 3:1 edib və yekun hesabı müəyyənləşdirib.