...

UEFA "Samtredia" - "Qarabağ" oyununda Ermənistan bayraqlarını qadağan edib

İdman Materials 17 İyul 2017 22:34 (UTC +04:00)
Məlum olduğu kimi, “Qarabağ”ımız sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq
UEFA "Samtredia" - "Qarabağ" oyununda Ermənistan bayraqlarını qadağan edib

Bakı. Trend:

Məlum olduğu kimi, “Qarabağ”ımız sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq.

Trend-in "Qarabağ"ın saytıa istinadən verdiyi məlumata görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə klubumuz UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti