...

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

İdman Materials 4 Avqust 2017 14:14 (UTC +04:00)
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bakı. Orxan Nəbiyev - Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Trend-in məlumatına bu mərhələdə Azərbaycanı Ağdamın “Qarabağ” klubu təmsil edir.

Püşkatmannın nəticələrinə əsasən, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. İlk görüş "Qarabağ"ın meydanında baş tutacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri 15-16 avqust, cavab görüşləri 22-23 avqust tarixlərində keçiriləcək.

“Qarabağ” üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” komandasını üstələyərək ilk dəfə ÇL-nin pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu adını qazanıb.

Xəbər lenti

Xəbər lenti