...

DÇ-2017: Son gündə daha 4 sərbəst güləşçimiz yarışır

İdman Materials 26 Avqust 2017 10:25 (UTC +04:00)
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.
DÇ-2017: Son gündə daha 4 sərbəst güləşçimiz yarışır

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, son yarış günündə 65, 70, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və Azərbaycan sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb.

65 kq
1/16 final - Ağahüseyn Mustafayev - Lxanqarma Narmandaks (Monqolustan) (D xalçası)

70 kq
1/16 final - Yuhi Fujinami (Yaponiya) - Hacımurad Ömərov (A xalçası)

74 kq
1/16 final - Qalimjan Usserbayev (Qazaxıstan) - Cəbrayıl Həsənov (A xalçası)

97 kq
1/16 final - Riza Yıldırım (Türkiyə) - Aslanbek Alborov (D xalçası)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti