...

Millimiz Almaniyanı məğlub etdi

İdman Materials 26 Avqust 2017 14:17 (UTC +04:00)
Azərbaycan millisi ilk oyununu keçirib.
Millimiz Almaniyanı məğlub etdi

Bakı. Trend:

Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz Almaniya yığması ilə qarşılaşıb.

Orxan Məmmədov, Sabir Allahquliyev və Renat Sultanovun vurduğu qollar sayəsində komandamız 3:0 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti