Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubunun türkiyəli oyunçusu Arda Turan "Qalatasaray"a 2 illik icarəyə verilir.
Trend-in məlumatına görə, bunu Kataloniyanın RAC1 radiosu iddia edir.
"Qalatasaray"ın hər hansı transfer haqqı ödəmədən Türkiyə millisinin kapitanını yenidən heyətinə cəlb edəcəyi bildirilir.