...

Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri: Azərbaycanlı voleybolçulara uğurlar arzu edirəm

İdman Materials 20 Sentyabr 2017 14:08 (UTC +04:00)
Sentyabrın 22-i Azərbaycan və Gürcüstanda start götürəcək voleybol üzrə Avropa çempionatı ərəfəsində qadınlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri: Azərbaycanlı voleybolçulara uğurlar arzu edirəm

Bakı. Şahin Kazımzadə - Trend

Sentyabrın 22-i Azərbaycan və Gürcüstanda start götürəcək voleybol üzrə Avropa çempionatı ərəfəsində qadınlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Trend-in məlumatına görə, bu dəfəki rəqib Belarus millisi olub.

Azərbaycanlı voleybolçular rəqibə yalnız bir hissə verərək 3:1 hesabı ilə qalib gəliblər.

Avropa çempionatında isə Faiq Qarayaevin komandası ilk matçını iki gün sonra Macarıstana qarşı keçirəcək.

Bu oyunla bağlı danışan Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri Svetlana Abdullayeva macarların təqdimata ehtiyacı olmadığını bildirib: “Macarlar qitə çempionatlarının gümüş və üçqat bürünc mükafatçılarıdır. İki il əvvəl isə Avroliqanın qızıl medallarını qazanıblar”.

S.Abdullayeva Avropa çempionatında Azərbaycan milli komandasına uğurlar arzuladığını deyib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi okyabrın 1-i məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti