...

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

İdman Materials 20 Sentyabr 2017 19:56 (UTC +04:00)
2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Trend-in məlumatına görə, bu qərar bu gün İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Bakıda final oyunu 2019-cu il mayın 29-da baş tutacaq.

Həmin mövsümdə Çempionlar Liqasının final oyununa iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək.

2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-ü İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti