...

Voleybol üzrə Azərbaycan millisinin məşqçisi: Qrupda birinci yeri tutmaq istəyirik

İdman Materials 21 Sentyabr 2017 15:59 (UTC +04:00)
Voleybol üzrə Avropa çempionatında Azərbaycan milli komandası öz qrupunda birinci yeri tuta bilər
Voleybol üzrə Azərbaycan millisinin məşqçisi: Qrupda birinci yeri tutmaq istəyirik

Bakı. Şahin Kazımzadə - Trend:

Voleybol üzrə Avropa çempionatında Azərbaycan milli komandası öz qrupunda birinci yeri tuta bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının açılışı ərəfəsində milli komandanın ikinci məşqçisi Famil Ağayev deyib.

Onun sözlərinə görə, çempionata hazırlıq yaxşı keçib, komanda qələbəyə köklənib: “Rəqiblərimiz güclüdür, amma biz sona qədər mübarizə aparacağıq və oyun hər şeyi göstərəcək”.

Məşqçi qeyd edib ki, komanda gələcəyə nikbin ruhda baxır və azarkeşləri yaxşı nəticələrlə sevindirməyə ümid edir.

Komandanın liderləri haqqında danışan F.Ağayev bildirib ki, Natalya Məmmədova və Yelizaveta Səmədova yaxşı formadadır və oyunlarda iştirak edəcəklər: “Qəbuledici mövqeyində isə, böyük ehtimalla Kristina Yaqubova oynayacaq. Topun qəbul olunmasında müəyyən problemlər var, amma biz bunun üstündə işləyirik”.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi okyabrın 1-də məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti