Bakı. Şahin Kazımzadə, Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək.
Trend-in məlumatına görə, A qrupunda Polşa - Macarıstan qarşılaşacaq.
B qrupunda Gürcüstan - Xorvatiya, İtaliya - Belarus görüşləri keçiriləcək.
C qrupunda Bolqarıstan - Ukrayna, Türkiyə - Rusiya, D qrupunda isə Çexiya - Belçika, Serbiya - Niderland oyunları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.