...

Rusiyalı voleybolçular Türkiyə yığmasına Avropa çempionatının dörddəbir finalında məğlub olublar

İdman Materials 29 Sentyabr 2017 23:30 (UTC +04:00)
Qadın voleybolu üzrə Rusiya yığması Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatının dörddəbir finalında Türkiyə yığmasına məğlub olub
Rusiyalı voleybolçular Türkiyə yığmasına Avropa çempionatının dörddəbir finalında məğlub olublar

Bakı. Trend:

Qadın voleybolu üzrə Rusiya yığması Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatının dörddəbir finalında Türkiyə yığmasına məğlub olub.

Trend-in məlumatına görə, oyun 0-3 (25:27, 18:25, 20:25) hesabı ilə başa çatıb.

Yarımfinalda türk idmançıları Serbiya yığması ilə görüşəcək.

Qeyd edək ki, bu gün 1/4 finalda Almaniyadan olan rəqibləri ilə qarşılaşan Azərbaycan yığmasının voleybolçuları Avropa çempionatının yarımfinalına yüksəliblər. Voleybolçularımız İk setdə inamlı oyun nümayiş etdiriblər - 25:20. İkinci set də millimizin üstünlüyü ilə başa çatıb - 25:18. Alman idmançılar üçüncü setdə də təmsilçilərimizlə bacara bilməyiblər - 25:21 (3:0).

Millimiz sabah Niderlandla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti