...

Azərbaycan milli komandası üçüncü yer uğrunda mübarizə aparacaq (FOTOREPORTAJ)

İdman Materials 30 Sentyabr 2017 21:02 (UTC +04:00)
Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində milli komandamız növbəti görüşünü keçirib
Azərbaycan milli komandası üçüncü yer uğrunda mübarizə aparacaq (FOTOREPORTAJ)

Bakı. Trend:

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində milli komandamız növbəti görüşünü keçirib.

Azərbaycan milli komandası yarımfinalda Niderland yığması ilə qarşılaşıb. Oyun 2:3 hesabı Niderlandlı voleybolçuların xeyrinə bitib (25:20, 19:25, 19:25, 27:25, 12:15).

Bunula da, Azərbaycan yığması sabah keçirələcək Avropa çempionatının üçüncü yeri uğrunda qarşılaşmada çıxış edəcək. Millimizin rəqibləri bu gün keçiriləcək Türkiyə-Serbiya oyunundan sonra məlum olacaq.

Trend oyunun fotoşəkilləri diqqətinizə çatdırır.

(Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti