...

"Azercell"in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu (FOTO)

İdman Materials 12 Oktyabr 2017 13:19 (UTC +04:00)
"Azercell"in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli olub.
"Azercell"in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu (FOTO)

Bakı. Trend:

"Azercell"in korporativ abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli olub.

Azercell Telekom idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə hər zaman böyük önəm verərək, həm öz müştəriləri və əməkdaşları arasında, həm də şirkətin korporativ sosial məsuliyyət layihələrində bu istiqaməti inkişaf etdirib.

Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün Azercell Telekom daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyi I Futbol Turnirini uğurla başa vurub. Turnirin oktyabrın 11-də keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları uçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank” komandası qalib gəlib. Hər kəs tərəfindən maraqla gözlənilən final oyununda isə STP (Sumqayıt Texnologiyalar Parkı) və Azeri M-İ komandaları yarışıblar. Qızğın oyun nəticəsində 6:2 hesabla STP təmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar.

Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində 12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti