...

"Araz" üçüncü qələbəyə doğru

İdman Materials 13 Oktyabr 2017 10:18 (UTC +04:00)

Bakı. Trend:

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən “Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb.

Trend-in məlumatına görə, Maykon da Silvanın 4 dəfə fərqləndiyi oyunda “Araz”ın digər qollarını Karvalho dos Santos və Teles Thaqo vurub.

Qeyd edək ki, “Araz” ilk oyunda “Mostar”ı 5:2 hesabı ilə məğlub etmişdi.

Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 20:00-da Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti