...

Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb

İdman Materials 6 Noyabr 2017 15:07 (UTC +04:00)
Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib.
Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb

Bakı. Trend:

Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb.

Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.

O, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Daha sonra o, halqa, gürzlər və lentlə də final mərhələlərində növbəti 3 qızıl medala yiyələnib. Z.Ağamirova 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti