Bakı. Trend:
Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 9 il ötür.
Trend-in məlumatına görə, 2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illər ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan az Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.
Trend İnformasiya Agentliyinin kollektivi Qol.az-dakı həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 9 illiyi münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.