...

Azərbaycan təmsilçisi Malkin gənclər arasında tamblinq üzrə dünya birincisi olub

İdman Materials 19 Noyabr 2017 00:04 (UTC +04:00)

Bakı. Şahin Kazımzadə -Trend:

Azərbaycan təmsilçisi Mixail Malkin Sofiyada keçirilən tamblinq üzrə 25-ci Dünya Yaş Qrupları yarışlarının qalibi olub.

Trend-in məlumatına görə, "Ocaq Sport" klubunun 21 yaşlı idmançısı akrobatik cığırda tullanma üzrə yarışda yeddi rəqibindən heç birinə şans verməyib.

O, bu idman növündə sözləini demiş rusiyalı Aleksandr Lisitsıni və Böyük Britaniya təmsilçisi Dominik Mensaxı üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti