...

Səmti Müəyyənetmə İdman Federasiyasının yeni rəyasət heyəti seçilib (FOTO)

İdman Materials 22 Noyabr 2017 18:54 (UTC +04:00)
Respublika Velosiped Trekinin inzibati binasında Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti seçki hesabat konfransı keçirilib.
Səmti Müəyyənetmə İdman Federasiyasının yeni rəyasət heyəti seçilib (FOTO)

Bakı. Trend:

Respublika Velosiped Trekinin inzibati binasında Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti seçki hesabat konfransı keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, konfransda federasiya nümayəndələri ilə yanaşı Gənclər İdman Nazirliyinin nümayəndəsi, milli komandanın üzvləri, hakimlər və klub nümayəndələri iştirak edib.

Konfransda çıxış edən federasiya prezidenti Mirəli Kazımov vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan idman siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Ötən 5 il ərzində federasiya tərəfindən görülmüş işlər, əldə edilmiş uğurlar barədə məlumat verilib. Konfransda Federasiyanın baş katibi Zaur F.Seyidov, federasiyanın vitse-prezidenti Nizami Mursakulov, rəyasət heyətinin üzvləri Xəyyam Məmmədov, Şəhriyar İsmayılov və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Pərvin Şərifov çıxış edərək federasiyanın ötən illərdə gördüyü işlər və gələcək planlarla bağlı fikirlərini bildiriblər.

Sonra federasiyanın növbəti 4 il üçün yeni rəyasət heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən Mirəli Kazımov federasiyanın prezidenti, Nizami Mursakulov, Pərvin Şərifov və Aleksandr Mişenko vitse-prezident, Zaur F.Seyidov baş katib, Xəyyam Məmmədov, Tatyana Solovyova, Tərlan Ramazanov, Şəhriyar İsmayılov, Nataliya Əliyeva və Süleyman Əliyev isə rəyasət heyətinin üzvləri seçiliblər.

Konfransın sonunda federasiya rəsmiləri tərəfindən 2017-ci ilin ən yaxşı kişi və qadın idmançılarına diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti