...

Ansi Aqolli 200-ü arxada qoydu

İdman Materials 27 Noyabr 2017 14:28 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.
Ansi Aqolli 200-ü arxada qoydu

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən A.Aqolli ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.

Qeyd edək ki, A.Aqolli Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.

Mövsüm

oyun

qol

2010/11

31

0

2011/12

31

1

2012/13

27

1

2013/14

34

1

2014/15

25

0

2015/16

24

0

2016/17

21

0

2017/18

7

0

Cəmi

200

3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti