Bakı. Trend:
İngiltərə Çempionatının 22-ci turu çərçivəsində "Arsenal"la "Çelsi" arasında keçirilən oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.
Trend-in məlumatına görə, hesabı 63-cü dəqiqədə "Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşir açıb. Qonaqlar bu qola cavabı 68-ci dəqiqədə verib - Eden Azar penaltidən fərqlənib. Daha sonra "Çelsi" hesabda irəli çıxıb, Markos Alonso 84-cü dəqiqədə hesabı 1:2 edib.
Meydan sahibləri yalnız əlavə vaxtda hesabı bərabərləşdirib. Müdafiəçi Ektor Belyerin "topçular"ı məğlubiyyətdən qurtarıb.
"Çelsi" 46 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb, "Arsenal" isə 39 xalla 6-cıdır.