...

Boksçumuz “Strandja” turnirinə qələbə ilə başlayıb

İdman Materials 20 Fevral 2018 09:40 (UTC +04:00)
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib.
Boksçumuz “Strandja” turnirinə qələbə ilə başlayıb

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.

Boksçularımızdan Yusif Məsudzadə turnirə qələbə ilə başlayıb. 52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Y.Məsudzadə fevralın 23-də təşkil olunacaq 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.

Ondan fərqli, Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü uğurlu alınmayıb. Boksçularımız müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) məğlub olublar.

Qeyd edək ki, yığmamız 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Təmsilçilərimizdən bu gün daha ikisi mübarizəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti