...

İtaliya səfiri: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi

İdman Materials 16 Mart 2018 11:39 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi.
İtaliya səfiri: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun açılış mərasimi çox baxımlı idi.

Bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Onun sözlərinə görə, italyan gimnastların çıxışını izləyə bilməsə də, açılış mərasiminə gəlib:

“Bu mənim çox xoşuma gəldi. Mən idmanı sevirəm. İdman xalqlar və millətlər arasındakı münasibətlər baxımından çox vacibdir”.

Səfir həmçinin açılış mərasiminin keçirildiyi Milli Gimnastika Arenası barədə də danışıb:

“Bu idman obyekti insanı heyrətə gətirir. Mən burada voleybol üzrə Avropa çempionatı zamanı olmuşam. Obyekt çox gözəldir. Buna görə öz dostumu, idman naziri Azad Rəhimovu təbrik edirəm”.

A.Massari əlavə edib ki, onun ən sevdiyi idman növü tennisdir və o Bakıda tez-tez oynayır: “Əlbəttə, bir italyan olaraq mən futbolu sevirəm və “Bolonya”ya azarkeşlik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti