...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı (FOTO)

İdman Materials 18 Mart 2018 12:05 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış gününə start verilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış gününə start verilib.

Trend-in məlumatına görə, final mərhələsinin ikinci günündə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı qadın gimnastı Yuliya İnşina gimnastika tiri və sərbəst hərəkətlərdə təmsil edir.

Qeyd edək ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku yarışlarına bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti