...

Stolüstü tennisçimiz 2018 Gənclərin Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

İdman Materials 27 Mart 2018 15:05 (UTC +04:00)
Martın 24-25-də Tunisdə keçirilmiş turnirdə stolüstü tennisçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə bu il keçiriləcək Gənclərin Olimpiya oyunlarına lisenziya qazanıb.
Stolüstü tennisçimiz 2018 Gənclərin Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Bakı. Trend:

Martın 24-25-də Tunisdə keçirilmiş turnirdə stolüstü tennisçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə bu il keçiriləcək Gənclərin Olimpiya oyunlarına lisenziya qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, təsnifat turnirinin birinci mərhələsində 25 idmançı iştirak edib. Azərbaycan stolüstü tennisçisi bütün görüşlərdə qalib gələrək ölkəmizə növbəti lisenziyanı təmin edib.

Qeyd edək ki, 2018 Gənclərin Olimpiya Oyunlarında hər ölkəyə iki yer ayrılıb və stolüstü tennisçilərimiz bu idman növü üzrə hər iki lisenziyanı qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti