...

Rusiyalı gimnast Bakıda təşkil olunmuş Avropa çempionatına heyran qaldığını deyir

İdman Materials 14 Aprel 2018 09:44 (UTC +04:00)
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında idmançılar üçün yaradılmış şərait ən yüksək tələblər cavab verir
Rusiyalı gimnast Bakıda təşkil olunmuş Avropa çempionatına heyran qaldığını deyir

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında idmançılar üçün yaradılmış şərait ən yüksək tələblər cavab verir.

Bunu Trend-ə rusiyalı gimnast Dmitri Zenkin deyib.

O vurğulayıb ki çempionatın təşkili digər ölkələrdən heç nə ilə geri qalmır:

“Burada hər şey mənim xoşuma gəlir, deyə bilərəm ki, mən heyran qalmışam”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Xəbər lenti

Xəbər lenti