...

Mariana Vasileva: Gimnastlardan keyfiyyətli çıxış gözləyirəm

İdman Materials 26 Aprel 2018 12:10 (UTC +04:00)
Aprelin 27-i Bakıda növbəti gimnastika yarışı – bədii gimnastika üzrə Dünya Kuboku start götürür.
Mariana Vasileva: Gimnastlardan keyfiyyətli çıxış gözləyirəm

Bakı. Ənvər Məmmədov - Trend:

Aprelin 27-i Bakıda növbəti gimnastika yarışı – bədii gimnastika üzrə Dünya Kuboku start götürür.

Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva komandanın hazırlığı barədə Trend-ə danışıb.

Onun sözlərinə görə, birinci komanda bu il iri turnirlərdə iştirak edib və yaxşı nəticələrə imza atıb. Qrup çalışmalarında isə bürünc medal qazanılıb.

M.Vasileva qeyd edib ki, qrup komandası mövsümə yaxşı başlayıb və bu gün Bakıda uğursuz çıxışlarla bağlı psixoloji həddi keçmək lazımdır:

“Məni qrup komandası çox sevindirir. Onların baxımlı nömrələri var və ən əsası qızlar çalışmaları təmiz icra edir. Mən ümid edirəm ki, bu il yaxşı çıxış etmək mümkün olacaq. Ötən il onlar Dünya kuboku mərhələlərində, Qran-pri yarışlarında, dünya çempionatında gözəl çıxış ediblər, medallar, o cümlədən qızıl medallar qazanıblar. Amma nəyəsə görə onların Bakıda çıxışları alınmır. Yəqin ona görə ki, onlar doğma divarlar arasında özlərini daha yaxşı göstərmək istəyirlər. Fikrimcə, artıq sınma nöqtəsi çatıb və onlar yüksək səviyyədə çıxış edə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti