...

Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır

İdman Materials 27 Aprel 2018 07:00 (UTC +04:00)
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.
Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

Trend-in məlumatına görə, trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti