Bakı. Elçin Mehdiyev – Trend:
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışında qeyri-adi qəza baş verib.
Trend-in məlumatına görə, "Red Bull Racing" pilotlarının mübarizəsi onlar üçün yaxşı nəticələnməyib.
Maks Ferstappenin səhv trayektoriyası Daniel Rikkiardonu çaşdırıb və onların bolidləri toqquşub.
Beləliklə, hər iki pilot Formula 1 yarışından kənarda qalıblar.