...

Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Mercedes" pilotu Lyuis Hemilton oldu - NƏTİCƏLƏR (YENİLƏNİB) (FOTO)

İdman Materials 29 Aprel 2018 17:59 (UTC +04:00)
"Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.
Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Mercedes" pilotu Lyuis Hemilton oldu - NƏTİCƏLƏR (YENİLƏNİB) (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

"Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, finiş xəttini 20 pilotdan 13-ü keçə bilib:

1. Lyuis Hemilton ("Mercedes") 1:43:44.291
2. Kimi Raykonnen ("Ferrari") +2.460s
3. Serxio Peres ("Force India") +4.024s
4. Sebastian Fettel ("Ferrari") +5.329s
5. Karlos Sayns ("Renault") +7.515s
6. Şarl Lekler ("Sauber") +9.158s
7. Fernando Alonso ("McLaren") +10.931s
8. Lens Stroll ("Williams") +12.546s
9. Stoffel Vandorn ("McLaren") +14.152s
10. Brendon Hartli ("Toro Rosso") +18.030s
11. Markus Eriksson ("Sauber") +18.512s
12. Pyer Qasli ("Toro Rosso") +24.720s
13. Kevin Maqnussen ("Haas") +30.663s

Daniel Rikkiardo, Maks Ferstappen (hər ikisi "Red Bull Racing"), Esteban Okon ("Force India"), Valtteri Bottas ("Mercedes"), Sergey Sirotkin ("Williams"), Niko Hülkenberq ("Renault") və Romen Qrojan ("Haas") finiş xəttini keçə bilməyiblər.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti