Bakı. Trend:
Bu gün Türkiyə Super Liqasının sonuncu 34-cü turunun bir sıya oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qalatasaray" klubu "Göztəpə"nin qonağı olub. İstanbul şəhərinin təmsilçisi Bafetimbi Qomisin vurduğu qol ilə rəqibi üzərində minimal hesablı qələbə qazanıb.
Beləliklə, "Qalatasaray" 34 turdan sonra 75 xalla ən yaxınizləyicisi olan "Fənərbağça"nı 3 xal qabaqlayaraq ölkə çempionu olub.
Qeyd edək ki, bu "Qalatasaray"ın 21-ci Türkiyə çempionluğudur.