...

“Akhisarspor” “Qalatasaray”a qalib gələrək Türkiyə Super Kubokunun sahibi oldu

İdman Materials 6 Avqust 2018 00:48 (UTC +04:00)
Türkiyə Super Kuboku oyununda “Akhisarspor” ölkə çempionu “Qalatasaray”la görüşüb.
“Akhisarspor” “Qalatasaray”a qalib gələrək Türkiyə Super Kubokunun sahibi oldu

Bakı. Trend:

Türkiyə Super Kuboku oyununda “Akhisarspor” ölkə çempionu “Qalatasaray”la görüşüb.

Trend-in məlumatına görə, oyun Türkiyə Kubokunun sahibi – “Akhisarspor”un qələbəsi ilə yekunlaşıb. Oyunda qalib yalnız penalti seriyasında müəyyən olunub.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yevgeniy Seleznyovun 5-ci dəqiqədə vurduğu qola “aslanlar” yalnız 79-cu dəqiqədə cavab veriblər. Fərqlənən Eren Derdiyok olub.

Penalti seriyası isə 4:5 hesabı ilə başa çatıb. “Qalatasaray”ın heyətində Bafetimbi Qomis penaltini reallaşdıra bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti