...

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib

İdman Materials 29 Avqust 2018 06:27 (UTC +04:00)
Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları start götürüb
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 3 klubun adı müəyyənləşib

Bakı. Tural Turan - Trend:

Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları start götürüb.

Trend-in məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib. “Dinamo” Zaqreb İsveçrəni təmsil edən "Yanq Boyz"a 1:2 hesabı ilə uduzub.

“Dinamo” Kiyev Hollandiya "Ayaks"ını məyus edə bilməyib və görüş qolsuz bərabərliklə başa çatıb. Nəticədə "Dinamo" Zaqreb və “Dinamo” Kiyev iki oyunun yekununda uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb. Onlar çıxışlarını Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

"Yanq Boyz" və "Ayaks"la yanaşı, Yunanıstan “AEK” klubu da Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Afinalılar Macarıstanda 2:1 hesabı ilə yendikləri "Videoton"la evdə heç-heçə ediblər. Beləliklə, "Videoton" da Avroliqanın qrupunda oynamalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti