...

Avstriyalı mütəxəssis AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin rəhbəri təyin edilib

İdman Materials 14 Sentyabr 2018 15:18 (UTC +04:00)
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Avstriyalı mütəxəssis AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin rəhbəri təyin edilib

Bakı. Trend:

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul edilib.

Qərara əsasan, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilib, avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Frits Ştuxlik yeni strukturun rəhbəri təyin olunub.

Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək. Komitə birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək.

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.

Bundan başqa, klubların lisenziyalaşdırılması prosesi ilə əvəzedici komandanın yarışlarda iştirakı meyarı "A" dərəcədən "B" dərəcəli meyara keçirilir, meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti