Bakı. Trend:
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Ukraynanın "Vorskla" klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyunun ilk dəqiqələrində "Qarabağ" hücumlar etsədə 48-ci dəqiqədə rəqibin oyunçusu V.Kulaç komandasını hesabda irəli keçirib.
Oyun 0:1 hesabı ilə "Vorskla"nın qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"la eyni qrupda mübarizə aparan "Arsenal" və "Sportinq" klublarının Portuqaliyada baş tutuan görüşü İngiltərə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.