...

«Monako» uğursuzluq seriyasını davam etdirdi

İdman Materials 28 Oktyabr 2018 07:50 (UTC +04:00)
“Monako” ardıcıl olaraq qalibiyyətsiz matçların sayını 13-ə çatdırdı
«Monako» uğursuzluq seriyasını davam etdirdi

Bakı. Tural Turan - Trend:

Fransa Çempionatının 11-ci turunda “Monako” öz meydanında “Dijon”u qəbul edirdi. Trend-in məlumatına görə, matçda hesab 2:2 olub.

Bununla da, “Monako” ardıcıl olaraq qalibiyyətsiz matçların sayını 13-ə çatdırdı. 11 avqustda “Nant”ı 3:1 hesabı ilə məğlub edərək “Monako” mövsümdə yeganə qələbəsini qazanıb.

Qeyd edək ki, növbəti görüşdə, moneqasklar “Reyms”lə mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti