...

"Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır

İdman Materials 1 Noyabr 2018 16:04 (UTC +04:00)
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
"Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır

Bakı. Trend:

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il saat 15:00 tarixində “Azersun Arena”da keçirilsin;
- Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü 3 noyabr 2018-ci il saat 19:00 tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti