...

Tamaşaçı: bədii gimnastika üzrə Azərbaycan Birinciliyi çox maraqlı keçir

İdman Materials 8 Dekabr 2018 03:14 (UTC +04:00)
Milli Gimnastika Arenasında keçirilən müsabiqələri bir neçə ildir izləyirik və hər zaman bura böyük məmnuniyyətlə gəlirik.
Tamaşaçı: bədii gimnastika üzrə Azərbaycan Birinciliyi çox maraqlı keçir

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında keçirilən müsabiqələri bir neçə ildir izləyirik və hər zaman bura böyük məmnuniyyətlə gəlirik.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin yarışlarını izləyən Cəmilə Abdiyeva deyib:

"Birincilik çox maraqlı keçir, təşkilatçılara çox minnətdarıq. Ölkədə gimnastika sürətlə inkişaf edir və bu həm çoxsaylı yarışların keçirilməsində, həm də idmançılarımızın nailiyyətlərində özünü göstərir".

Tamaşaçı qeyd edib ki, onun nəvəsi də bədii gimnastika ilə məşğul olur.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti