...

Libertadores Kubokunu bu dəfə “River Pleyt” qazandı (VİDEO)

İdman Materials 10 Dekabr 2018 02:25 (UTC +04:00)
Argentinanın “River Pleyt” futbol klubu Libertadores Kubokunu qazanıb.
Libertadores Kubokunu bu dəfə “River Pleyt” qazandı (VİDEO)

Bakı. Rauf Quliyev - Trend:

Argentinanın “River Pleyt” futbol klubu Libertadores Kubokunu qazanıb. Final oyununda “River Pleyt”in rəqibi “Boka Xuniors” komandası olub.

Trend-in məlumatına görə, Kubok uğrunda final oyunu İspaniyada “Santiaqo Bernabeu” stadionunda keçirilib. Qeyd edək ki, komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Matçda hesabı “Boka Xuniors” açıb, 29-cu dəqiqədə Dario Benedetto fərqlənib.

Qolun cavabı yalnız ikinci hissədə gəlib: Luklas Pratto 69-cu dəqiqədə hesaba tarazlıq gətirib. Oyun heç-heçə bitdiyinə görə, qalib əlavə vaxtda müəyyənləşməli olub.

Əlavə vaxtın ilk dəqiqələrində “Boka Xuniors”un işi çətinləşib, hakim Vilmar Barriosa ikinci sarı kartı göstərərək onu meydandan qovub.

Onunun 109-cu dəqiqəsində Xuan Kintero “River Pleyt”i hesabda önə çıxarıb. Nəyahət, əlavə olunmuş vaxtın son dəqiqəsində oyunda son nöqtə qoyulub: Qonzalo Martinez “Boka Xuniors”un boş qapısına qol vuraraq, komandanın son ümidlərini puç edib 3:1.

Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. O, rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır. Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti