...

"Fənərbağça" və "Qalatasaray"ın Avropa Liqasında rəqibləri bilindi

İdman Materials 17 Dekabr 2018 16:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, əsasnaməyə əsasən, eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzlər.

Püşkün nəticəsi:

“Viktoriya” (Çexiya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya)
“Rapid” (Avstriya) - “İnter” (İtaliya)
“Slaviya” (Çexiya) - “Genk” (Belçika)
“Krasnodar” (Rusiya) - “Bayer” (Almaniya)
“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)
“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)
“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya)
“Renn” (Fransa) - “Betis” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna)
“Latsio” (İtaliya) - “Sevilya” (İspaniya)
“Fənərbağça” (Türkiyə) - “Zenit” (Rusiya)
“Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya)
BATE (Belarus) - “Arsenal” (İngiltərə)
“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya)

Qeyd edək ki, 1/16 finalın ilk oyunları fevralın 12-14-də, cavab görüşləri isə 20-21-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti