...

Bakıda keçirilən batut gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı

İdman Materials 5 Fevral 2019 14:58 (UTC +04:00)
Bakıda keçirilən batut gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı.
Bakıda keçirilən batut gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası 24-30 yanvar tarixlərində Bakıda batut gimnastikası üzrə yerli məşqçilər üçün 1-ci dərəcəyə aid kurslar təşkil edib. Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kursların nəticələri açıqlanıb.

AGF-dən Trend-ə verilən məlumata görə, seminarlarda iştirak etmiş 13 məşqçimizin hər biri imtahanları uğurla verərək beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə 1-ci dərəcəyə sahibləniblər.

Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri, Santos Mendes Eduardo Xorxe (Portuqaliya) və Korradi Mariya Karolina (Argentina) tərəfindən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti